Maşın tam saz vəziyyətdədi , heç bir problemi yoxdur. Ailə maşını olub , 1 ildir məndədir. 2-ci maşın kimi istifadə edilib və hal-hazırda sürülmür. Maşın Almaniyadan gələndən ilk sahibiyəm. Demək olarki Bezkraskadır. Udar , vuruq , dəyişən detaldan söhbət gedə bilməz. 100 % Orjinal yürüş , 100 % Orjinal Katalizator üstündədir. Yanacaqı az işlədən avtomobildir. Şəhərdə 7.6l , magistralda 5.2l , qarışıq rejimdə 6.1l yanacaq işlədir. İcbari sığorta və texniki baxış yeni olunub. Maşında 4 təzə təkər , 4 təzə naklatka , Karobkanın yağı , Matorun yağı yağ filtiri yeni dəyişilib və bir sözlə otur sür. 5 pilləli mexaniki karobkadır. Maşında mator , karobka saat kimi işləyir. Texpasportda rəngi mavi boz metallik qeyd olunub. Alıcı istənilən servis və ya ustada yoxlatdıra bilər. Taksidə sürülmüş Ceed'lərlə bir tutmayın. Pul lazım olduğu üçün satılır yoxsa belə satmaq fikrim yox idi. Xahiş olunur alverçi , fantastik endirim düşünənlər və qeyri-ciddi insanlar qəti narahat etməsin. Son qiymət maşına baxış keçirdikdən sonra danışılacaq.