Maşının ikinci sahibiyəm. Maşın 2013-cü ildə rəsmi Subaru Azərbaycandan alınıb və daim rəsmi servisdə qulluq olunub. Bütün xərcləri (motor, sürətlər qutusu, salon, təkərlər və s.) vaxtı vaxtında qarşılanıb. Heç bir narahatçılıq verməyən və çox dözümlü bir maşındır. Həmişə qaraj şəraitində saxlanılıb. Həm şəhər, həm də yolsuzluq avtomobilidir, qarışıq sərfiyyatı 9-10l/100km-dir və 92 benzinlə işləyir. Bütün işıqlar original LED-dir (zavod lampaları qorunub saxlanılır) və ayaqaltlıqları keyfiyyətli EVO ayaqaltlıqları ilə əvəz olunub.