UK-dən birdəfəlik gətirilib, 4 ildir məndədir. Şəxsi istifadə olunub, çox səliqəli sürülüb. Heç bir problemi yoxdur.
Şəhər içində yanacaq sərfiyyatı – 11 litr / 100 km, trasda – 8-9 litr. Mühərrik və karobka ideal vəziyyətdədir, heç bir texniki nasazlıq yoxdur. Bütün texniki qulluq vaxtında olunub – mühərrik yağı və digər mayelər yenilənib.
Texosmotr və sığorta yenidir, sənədlər tam qaydasındadır. 4 ədəd yeni təkər qoyulub. Salon təmiz və baxımlıdır. Kondisioner, isitmə sistemi, güzgülər və pəncərələr işlək vəziyyətdədir.
Alverçi deyiləm, maşın şəxsi istifadədə olub. Gəlib yerində baxmaq və qiymət barədə danışmaq olar.