Maşının vuruğu, əzilmiş yeri yoxdur. Suda batmayıb aşmayıb. Yenidən rənglənmiş yeri və dəyişilən dedtalı yoxdur. İstənilən yerdə yoxlada bilərsiniz. Maşından anlayışı olan maşına baxanda biləcək ki, heçbir problemi yoxdur. Yürüşü orijinaldır, geri çəkilmə ola da bilməz. Sürətlər qutusu avtomatdır. Sadə, eko və sport sürüş modları var. Yan güzgülər qatlanır. Monitor və arxa kamerası (balıq göz) var. Mühərriki start-stopla və pultla uzaqdan işə salmaq olur. Ön şüşədə klaviatura ilə kilidləmə mövcuddur. Yəni kod yığaraq maşına açarsız daxil olmaq və işa salmaq olur. Həqiqi alıcılarla maşına baxdıqdan sonra qiymətdə razılaşmaq olar.