Ford Explorer Limited – Sür, kef elə, bir də düşünmə!
Bu maşın təkər üstündəki komfortdur – Limited komplektasiya, yəni “nə varsa, burdadır!” variantıdır.
2020-ci ilin iyunundan ailəmizdədir, gündəlik sürülür, amma “Fast & Furious” çəkilişlərinə yox, supermarketə, bağa və bəzən də işə.
Heç vaxt offroada çıxmayıb – deyəsən, özü də istəmir.
Xidmətləri vaxtında olunub, sən demə, bu maşın “diqqət mərkəzi” olmağı sevirmiş.
Yeni maşın aldığım üçün satıram. Ciddi problemi yoxdur, sadəcə, sükan arxasına keç və seyrə çıx.
Telefonla qiymət söhbəti yoxdur – qiyməti maşının yanında danışarıq.
Unutmayın: real alıcı üçün qapı açıqdır, bəlkə də kofe də var ☕️