Ford Focus təmiz evropeyka, Azərbaycan Ford dilerdən alınmadır. İl 2014, 1.6 sadə benzin mühərrik, avtomat-robot sürətlər qutusu. Yürüş 149.000 km. Rəng yaş asfalt metalik. Maşının heç bir problemi yoxdur, mühərrik və sürətlər qutusu istənilən yerdə yoxladıla bilər, heç bir vurma, gecikmədən söz gedə bilməz. Xadavoy və peredoku super vəziyyətdədir. Mühərrik və sürətlər qutusunun yağı 2 həftə əvvəl masterklasda dəyişilib, alpin (motor) və ravenoldan (karopka) istifadə olunub daima. Maşın polnu fuldur, səsli assistent, hava və yağış sensoru, sürücü dəstəyi, eko rejim, yay-qış rejim, elektron tənzimlənən faralar, multi rul, lyuk, orijinal monitor, 180° park radar, uzaqdan qarşılama, elektron təkər hava göstəricisi, elektron idarə olunan və qatlanan güzgülər, 2 zona klimat kontrol, kruiz kontrol, bir sözlə hər şeyi var. 2 açarı mövcuddur. Maşına şüşə vinilindən və bahalı videoregistratordan başqa heç bir əlavə quraşdırılmayıb. Salonda heç bir cızıq, sökük yoxdur, tər-təmiz qalıb. Rəngində isə bir iki görünməyən xırda cızıqdan başqa heç nə yoxdur. İkinci maşın kimi sürülüb. Buferləri çıxmaqla rəng dəyməyib, bezkraskadır, o da daş dəyən yerlərə görə rənglətmişəm. Udardan, vuruqdan söz gedə bilməz. Zavod danqrat, apteçka və s. hamısı üstündədir. Alverçilər və qiymət öldürənlər narahat etməsin.