Hyundai Sonata 2012 - 2014, VI Restaylinq – Rəsmi servis baxımlı, ideal vəziyyətdə.
Maşın tam baxımlıdır, heç bir əlavə xərc tələb etmir. Bütün texniki xidmətlər yalnız rəsmi Hyundai servisində həyata keçirilib. Mühərrik və sürətlər qutusu ideal vəziyyətdədir. Vaxtaşırı dəyişilən bütün ehtiyat hissələri rəsmi orijinal Hyundai detallar ilə əvəz olunub. Maşının rəngi qara-göy zərli (xalq arasında “milyonerski” rəng kimi tanınır) olmaqdadır. Qiymət barədə telefonda danışılmır, yalnız maşına baxış zamanı alıcıya endirim mümkündür.
Əsas xüsusiyyətlər:
Dəri salon – rahat və premium görünüşlü
Panoramik lyuk – geniş və işıqlı interyer
Multifunksional sükan
Kondisioner / İqlim-kontrol
Kruiz-kontrol
Yüngül lehimli disklər
Mərkəzi qapanma, uzaqdan idarəetmə
Arxa kamera və park sensorları
Original audio sistemi / Bluetooth / AUX / USB
Texniki vəziyyət:
Mühərrik və sürətlər qutusu problemsizdir.
Alt hissə, yürüş və elektronika tam qaydasındadır.
Yalnız orijinal ehtiyat hissələri ilə qulluq olunub.