Bmw 528 buraxılış ili 2016-cı il. Original yürüş 150.000 kilometr.
Mütəmadi olaraq BMW Rəsmi İmprotex Servisdə qulluq olunur və orada rəsmi qeydiyyatdadır. Bütün qəbzlər var.
Texpassportda “ M5 yığılıb “ yazılmışdır.
Adaptive faralar qoyulub. Adaptive faralar xüsusi gözəllik verir.
Zavod sport sürətlər qutusu mövcuddur.
Eco/Comfort/Sport/Sport+ funksiyalar var.
Avtomobil M5-ə səliqəli şəkildə yığılmışdır və özünəməxsus duruşu var.
Bakıda belə təmiz və baxımlı F10 çox nadir hallarda satışa cıxır. Hər zaman xüsusi diqqətlə qulluq olunmuşdur.
Çox səliqəli idarə olunmuş və qəti şəkildə aqressiv formada sürülməmişdir.
Avtomobilin vuruğu, udarı qətiyyən olmayıb.
Bütün elektronik və xadavoy hissələri saz vəziyyətdədir. Qəti heç bir problemi yoxdur.
Motor və karobka super vəziyyətdədir.
Baxımlı avtomobil olduğundan motoru çox səssiz çalışır.
Daim özüm idarə etmişəm.
Hər zaman polnu bak 95 markalı benzindən istifadə olunub.
Daim bahalı moykalarda sırf NANO ilə yuyulub.
Alındığı gündən mütəmadi olaraq qarajda saxlanılıb və günəşin qızmar istilərinə məruz qalmamışdır.
Nakladkalarını 1 həftə öncə Originalı ilə əvəzləmişəm. Şəhərdə az sayıda insanlar F10a bu cür qulluq edir.
Avtomobilin yağını müntəzəm olaraq 4500 kilometrdən bir İmprotex Servisdə dəyişdirmişəm.
Təkərləri təzədir.
Bir sözlə avtomobilin şərhə ehtiyyacı yoxdur tam cavabdehəm.
Təmiz F10 axtaranlar üçün əvəzsiz seçimdir, həqiqətən də dost qardaşa nəsib olası maşındır. Satmaqda məqsədim hündür avtomobil almaqdır.
Barter ancaq Lexus 570 2016+ modeli ilə tərəfimdən ödəniş etməklə mümkündür.