Audi Q8 – Zövq Sahiblərinin Seçimi!
Təklif etdiyim avtomobil 2023-cü ilin 6 aprelində rəsmi Audi servisindən alınıb. Yalnız ikinci avtomobil kimi istifadə olunub və daim qaraj şəraitində saxlanılıb. Hər baxımdan ideal vəziyyətdədir – heç bir kosmetik və texniki problemi yoxdur.
Əsas üstünlüklər:
• Yürüş: cəmi 47,101 km
• Mühərrik: 3.0 benzin
• Sürətlər qutusu: avtomat
• Ban növü: SUV Kupe – həm zərif, həm güclü
• Rəng: Yaş asfalt – nadir və baxımlı bir rəng
• Salon: Orijinal S-Line – lüks və idman üslubunun ideal sintezi
• Heç bir detal rənglənməyib, tam bezkraska
• Qulluq yalnız rəsmi servisdə həyata keçirilib
Qısacası, bu Audi Q8 bazarda olan standart elanlardan deyil. Avtomobil həm texniki, həm də vizual baxımdan premium sinfə aiddir. Real alıcıya yerində endirim olacaq.