Salam. Maşın 20 Kuza Toyota Priusun ən full modelidir. 2008ci ildir. 7 düymə
Açarsız daxil olma, KeylessGo, Start stop,Zavod Xsenon Lampalar, Koja salon, oturacaqların isidilməsi, JBL səs sistemi, Bluetooth, Arxa görüntü kamerası, 7düyməli öz monitoru, əlavə olaraq Android Monitor quraşdırılıb. WhatsApp, Youtube, Waze və digər programları rahat işlədir. Bahalı EVO ayaqaltı qoyulub. 3 il bundan qabaq 178000mil yürüşlə özüm üçün Amerikadan gətirdimişəm. Yarım dəfə də olsun taksidə sürülməyib. Ev iş sürmüşəm. Rayonlara gedib gəlmişəm heç vaxt yolda qoymayıb. Necə deyərlər top kimi maşındır.
Maşının hər bir funksiyası işləkdir.
Maşında ən son görülən işlərdən - peredok sıfırdan yığılıb, qabağa iki ədəd Yaponka amartizator qoyulub, arxa qabaq əyləc bəndləri(nakladka) yenilənib. Əyləc mayəsi yenilənib, ABS karbirovka olunub. Bahalı yandırma şamları(sveça) qoyulub. Təkərləri aldığım bir il olmayıb.
Batareyaları, ABS sistemi motoru karabkası normaldır. Bu maşınların ən böyük dərdi olan yağ azalması minimumdur. 3000mil (5000km) 200qram. O da normaldır. heç əlavə etməyə ehtiyac yoxdur çünki onsuz da 5000kmdə yağı dəyişdirilir. Alpin və Petro Canada yağı istifadə etmişəm. Yanacaq 92 ilə 100kmə 4,5 -5 litr yandırır. Bir sözlə texniki cəhətdən heç bir problemi yoxdur. Maşında bir az kosmetik işlər görülməlidi.
Artıq dərəcədə xahiş edirəm alverçilər narahat etməsin və telefonda qiymət söhbəti eləmiyin. Sözsüz ki, son qiymət deyil endirim ediləcək.
Allah satana da, alana da xeyir versin.