Mini Cooper S, texniki pasporta əsasən 2015-ci il, VIN koduna görə isə 2016 model ilinə aiddir. Avtomobil göy-qara rəngdədir və avtomat sürətlər qutusu ilə təchiz olunub. Alındığı gündən etibarən yalnız 95 oktan benzinlə istifadə edilib. Yürüşü 131 460 km-dir və tam orijinaldır. Texniki baxımdan ideal vəziyyətdədir, mühərrik və sürətlər qutusu problemsiz işləyir. Avtomobildə Harman/Kardon audio sistemi, əlavə gücləndirici (usilitel) və bas dinamik quraşdırılıb. Qatlanılan sedenkalar mövcuddur. Mühərrik yağı yaxın zamanda dəyişdirilib və ancaq Liqui Moly markalı yağdan istifadə olunub. Avtomobil ikinci nəqliyyat vasitəsi kimi istifadə edildiyi üçün az sürülüb. Yüngül kosmetik qüsurları mövcuddur. İstənilən rəsmi və ya özəl servisdə, o cümlədən İmprotex-də yoxlatmaq mümkündür. Real alıcı ilə yerində baxışdan sonra razılaşma mümkündür. Qiymətə dövlət nömrə nişanı daxil deyil. Kredit mümkündür.