Hyundai SantaFe V6
İl: 2009.
Yürüş: 96000.
Motor həcmi: 2.7 litr, benzin, 6 silindr.
Sərnişin yeri: 7 yerlik.
Dartı: 4WD (4 çəkər).
Transmissiya: Avtomat.
Maşın tam işləkdir, birbaşa Koreyadan gətirilib. 90 min kilometr yürüşdə motorun iç və çöl qayışları, 95 min kilometrdə isə transmissiyanın yağı və gedərləri dəyişdirilib. Bunlardan əlavə, əyləc tutacaqları və mühərrikin şamları da dəyişdirilib. Bütün detallar orjinalları ilə əvəzlənib. Qəzaya düşməyib. Hər 5 min kilometrdə isə mühərrikin yağı 5W-30 ilə dəyişdirilib. Maşına rəsmi servisdə xidmət göstərilib. Hamısı kitabçasında qeyd edilib. Yürüşünün bu qədər az olmasının səbəbi isə 2017-2018-ci ilə qədər çox az sürülməsidir (45 min kilometr). Sıfırdan alınıb, birinci əldir. 2 ədəd ehtiyyat açarı və pultu vardır. Yedək təkəri üstündədir, əlavə olaraq isə 4 ədəd 4 fəsil təkərlər üstündə verilir. Naviqatoru (GPS) vardır.
• dəri salon
• lyuk
• qızdırılan ön oturacaqlar
• arxa görüntüsü
• arxa park radarı
• monitor
• soyuducu
• 4 fəsil təkərlər
• qatlanan yan güzgülər