Almaniyadan sifariş vermişəm 83000km yürüşü olanda, İstehsal tarixi Dekabr/2005. İldə təxminən 7000-7500 km sürmüşəm, indiki yürüşü 163850km. Salonun yuxarı hissəsinin parçası yeni çəkilib – qara rəngdir. Təkərlər 6 ay əvvəl yenisi ilə dəyişdirilib, balans/razval olunub. Karobkanın yağı təzə dəyişdirilib - 5 ay əvvəl, bundan sonra cəmi 2000 km gedib. Akkumulyatorlar, benzin nasosu və benzin filtri dəyişdirilib, injektorlar yuyulub. Karobkanın 3 rejimi var (Comfort, Sport və Mexanika(qarlı hava üçün əladır).
Təmir üçün Mercedes zavodu tərəfindən verilən bütün rəsmi tövsiyələr Bakıdakı Mercedes-dən alınmış orijinal ehtiyat hissələrindən istifadə olunmaqla yerinə yetirilib.
Avtomobil olan vəziyyətində satılır.
Lyuk, dəri salon, qizdırılan oturacaqlar, yağış sensoru.