Avtomobil 8 ildir məndədir. Original probeq (harada istəsəniz yoxlada bilərsiz). Öz maşınımız olduğu üçün vaxtı vaxtında qulluq olunub. İç remen, komplekt yeni dəyişilib. Karopkanın yağını və filterini yeni dəyişdirmişəm. Təkərlər yenidir (3 min getməyib). Udarı və ya hər hansı vuruğu olmayıb. Səliqəli idarə olunduğu üçün yenisindən fərqlənmir. Oturacaqlarında yırtıq, əzik, ləkə yoxdur. 7 nəfərlik oturacaq, oturacaq isitmə, multi rol, avtopilot, android monitor, 4 zonalı kondisioner, yan güzgülərin avtomatik açılıb bağlanması, ön və arxa kamera, dəri salon, lyuk, oturacaq qızdırıcıları, oturacaq soyutması, yeni dumannılar, oturacağın avtomatik tənzimlənməsi, yanacaq sərfiyyatının monitorda əks olunması və 4 funksiyalı razdatka ilə təchiz olunmuşdur (hər 4 funksiyada əla çalışır). Mühərrikdə, sürətlər qutusunda texniki ve ya başqa bir qüsur yoxdur. İşləməyən hər hansısa bir funksiyası yoxdur. Harada istəsəniz yoxlada bilərsiniz. Sığorta yenidir (05.09.2026).