İkinci maşın kimi istifadə olunub, çox az sürülüb.
Rəsmi servisdən 2024-cü ilin aprel ayında alınıb və bütün servis baxışları vaxtında, yalnız rəsmi mərkəzdə keçirilib. 5 il və ya 150 000 km rəsmi servis zəmanəti mövcuddur. Heç bir dəyişən detalı yoxdur, vuruq və boya dəyən hissəsi olmayıb. Salon təmiz və səliqəlidir, siqaret çəkilməyib.
Heç bir xərc tələb etmir, ideal vəziyyətdədir.
Ehtiyat disk – təkərlər üzərində olanlarla eyni model və ölçüdədir, ümumiyyətlə istifadə olunmayıb.
Kondisioner / İqlim sistemi
Car/android play var (kabelsiz)
Geri görüntü kamerası və parkinq sensorları
Kruiz-kontrol
Multifunksional sükan
Bluetooth / USB / Android Auto & Apple CarPlay dəstəyi
Əlavə təhlükəsizlik sistemləri və s.
Dam luqası və dam asqısı əlavə olaraq amerikadan sifarişlə gətirilib 500$ dəyərində.
Avtomobil sadəcə gündəlik qısa məsafələr üçün istifadə olunub, çox qənaətcil və etibarlıdır. Real alıcıya qiymətdə kiçikdə olsa razılaşma mümkündür.