Avtomobil 2015-ci ilin Avqust ayında Hyundai Avto Salonundan alınıb, 4x4 versiyadır, alınan vaxtdan bu günədək yalnız özüm sürmüşəm, səliqəli saxlanılıb.
Servis maşınıdır, Hyundai servisdə qulluq olunub, kitabçası var. Şamlar, benzin filter, akkumulyator, naklatkalar, apornu, alt hissədə olan detallar və babin orijinal yenisi ilə servisdə əvəz olunub. Motor yağı, yağ filteri, kondisioner filteri təzə yenilənib. Təkərlər təzədir, ehtiyat təkəri işlənməyib, motor yağı vaxtında dəyişilib. Maşının bütün texniki müayinə prosesinə özüm nəzarət etmişəm.
Texniki cəhətdən tam saz vəziyyətdədir, motor və sürətlər qutusu ideal vəziyyətdədir, şəhərdə və uzaq məsafəyə sürülmək üçün çox rahat və qənaətçil avtomobildir.
Cruize control və start/stop sistemi var. Ortalama 10 il ərzində ilə 10.000 KM sürülüb, üzərində olan orijinal yürüşdür. Rahat və komfortlu avtomobildir. Tam açılan panorama lyuk, full dəri salon, led fara, multi rol, telefonla qoşulmaq üçün səsin salona verilməsi sistemi- blutuz və monitoru var.