Mawin tam idial vəzyetdedi. Mator 06 əla karopka 5 Əla mosda qəti səs yoxdu. Dəyişən tək arxa krlodu oda yüngül ezikden qalan zavoddu. Salon super yığılıb. Pianer maqnitofon arginal 4 kalonka arginal. Təkərlər 4de təzə. Pult sisdemi var. Bir sözlə nə lazımdı olunub. Öz adimadi sənətdə. 8 ildi məndədi. Real alanla qiymətdə biraz razılaşmaq olar. Allah hər iki tərəfə xeyir versin inşallah.