Maşın yaxşı vəziyyətdədir, ilinə baxmayaraq çox xoşunuza gələcək. Texniki cəhətdən heç bir problemi yoxdur, hər şey işlək vəziyyətdədir.
Bu yaxınlarda edilib:
Mühərrikin yağı dəyişdirilib (Motul 10w40 Turbolight);
Sürət qutusunun yağı dəyişdirilib (Champion 80w90 GL-5);
Çöl və iç qranatların tozluqları dəyişdirilib.
Yeni təkərlər (Amtel Planet Evo)
İcbari sığortalanıb
Maşının üçüncü sahibiyəm. Texniki pasportu mənim adımadır.
Çox sakit insanam, maşınla bağlı istənilən suala cavab verərəm. Maşın məndə olarkən bütün tarixçəsi mövcuddur (hansı yürüşdə nələr edilib və s.)
Maşını alverçilərə, incidənlərə qətiyyən satmaram, yalnız maşına yaxşı baxacaq bir adama.