Avtomobili Almaniyanın Frankfurt şəhərində yerləşən rəsmi Mercedes-Benz filialından almışam və Azərbaycan’a TIR vasitəsilə göndərmişəm. Avtomobil ölkəyə yeni gəlib və 22 yanvar 2025-ci il tarixində gömrük rəsmiləşdirilməsi tam başa çataraq tranzit nömrə alınıb.
Bu avtomobil Mercedes-Benz E300e modelinin ən tam komplektasiyasına sahibdir və aşağıdakı xüsusiyyətlərlə fərqlənir:
• Uzun Superscreen monitor,
• Çox nadir tapılan napa dəri oturacaqlar,
• 360° kamera sistemi,
• Memory paket,
• Burmester 4D səs sistemi, o cümlədən oturacaqlara inteqrasiya olunmuş dinamiklər,
• Baqajın düymə ilə avtomatik bağlanması,
• Arxa təkərlərin dönmə funksiyası,
• Və bir çox əlavə premium xüsusiyyətlər.
Avtomobil tamamilə yeni vəziyyətdədir və istifadə olunmuş avtomobil kimi heç bir fərq hiss edilmir. Son texniki baxış rəsmi Mercedes-Benz servisində aparılıb və hazırda heç bir texniki qulluq tələb olunmur.
Orijinal yürüşü cəmi 8400 km təşkil edir və bu göstərici bütün rəsmi sənədlərdə əks olunur. Avtomobilin hər hansı detalında – o cümlədən kuzov hissələrində nə cızıq, nə də sonradan rənglənmiş sahə mövcuddur. İstənilən yerdə yoxlama mümkündür.
Avtomobil Mercedes-Benz Azərbaycan filialında rəsmi zəmanətə daxil edilə bilər. Avtomobil 2023-cü ilin dekabr ayında istifadəyə verilib və cəmi 1 il istifadə olunub.