Avtomobili Almaniyanın Frankfurt şəhərində yerləşən rəsmi Mercedes-Benz filialından almışam və Azərbaycan’a TIR vasitəsilə göndərmişəm. Avtomobil ölkəyə yeni gəlib və gömrük rəsmiləşdirilməsi tam başa çataraq tranzit nömrə alınıb.
Bu avtomobil Mercedes-Benz E300e modelinin ən tam komplektasiyasına sahibdir və aşağıdakı xüsusiyyətlərlə fərqlənir:
• Urban Guard – Avtomobil park halında ikən kiminsə ona toxunduğunu aşkar etdikdə, ətrafdakı görüntüləri çəkir və telefononuza göndərir
• Nappa premium dəri oturacaqlar – Poliester deyil, əsil və yüksək keyfiyyətli dəridən hazırlanıb. Bu növ oturacaqlar çox nadir tapılır
• Memory paket – oturacaq, sükan və güzgü yaddaşı funksiyası
• Burmester 4D səs sistemi – oturacaqlara inteqrasiya olunmuş dinamiklərlə premium audio
• Baqajın düymə ilə avtomatik bağlanması və ayaq jesti ilə açılması
• Arxa təkərlərin dönmə funksiyası – daha yaxşı manevr qabiliyyəti üçün
• AIRMATIC havalı asqı sistemi – bir düymə ilə avtomobilin hündürlüyünü tənzimləmə imkanı
• Parktronik, Distronic və ölü zona nəzarət sistemi – təhlükəsiz və rahat sürüş təcrübəsi
• Ön oturacaqların isidilməsi və soyudulması – maksimum komfort üçün
• Arxa oturacaqların isidilməsi – sərnişinlər üçün əlavə rahatlıq
• Ön oturacaqlarda masaj funksiyası – uzun səfərlərdə yorğunluğu azaldır
• Sükanın elektron tənzimlənməsi və isidilməsi – maksimum komfort və rahat idarəetmə üçün
Avtomobil tamamilə yeni vəziyyətdədir və istifadə olunmuş avtomobil kimi heç bir fərq hiss edilmir. Son texniki baxış rəsmi Mercedes-Benz servisində aparılıb və hazırda heç bir texniki qulluq tələb olunmur.
Orijinal yürüşü cəmi 8500 km təşkil edir və bu göstərici bütün rəsmi sənədlərdə əks olunur. Avtomobilin hər hansı detalında – o cümlədən bufer hissələrində nə cızıq, nə də sonradan rənglənmiş sahə mövcuddur. İstənilən yerdə yoxlama mümkündür.
Avtomobil Mercedes-Benz Azərbaycan filialında rəsmi zəmanətə daxil edilə bilər. Avtomobil 2023-cü ilin dekabr ayında istifadəyə verilib və cəmi 1 il istifadə olunub.